“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb | |
“Qəbələ” klubu daha iki futbolçu ilə yollarını ayırıb. Qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak komandanı tərk edib. 2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. Otuz iki yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. İyirmi dörd yaşlı ukraynalı legioner isə 7 oyuna çıxıb. Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb. |
|
Xəbər 177 dəfə oxundu. |
|
|