Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb.

Bu, 2022-2023-cü il mövsümündə 17 baş hakimin oyunları idarə etməsi ilə həyata keçib.

Daha yüksək göstərici sonuncu dəfə 2010-2011-ci il mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

Geridə qalan mövsüm üç hakim daha çox – hərəyə 16 qarşılaşmada ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olublar.

Elçin Məsiyev və Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. On iki referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

Xəbər 180 dəfə oxundu.