Volkan müqaviləsini uzadır | |
Göstərdiyi etibarlı oyunla «Fənərbağça» tarixinin ən yaxşı qapıçıları arasında yer alan Volkan Dəmirəlin «Fənər»lə mövsüm sonu bitəcək müqaviləsini 3 il uzatmaq üçün razılaşdığı iddia edilir. Türkiyə millisinin 30 yaşlı qapıçısı Bursa səfərindən döndükdən sonra Ali Yıldırımla görüşüb razılığa gəlib. Klub rəhbəri Aziz Yıldırımın qardaşı Volkanla illik 2,5 milyon avrodan 3 illik razılaşma əldə edib. İdman.com.az saytının məlumatına görə, qolkiperin müqaviləsini hazırlayan Yıldırımın oyunçuya həftə içində imza atdıracağı məlum olub. Əngin İpəkoğlu və Rüşdü Rəncbərdən götürdüyü qapını layiqincə qoruyan Volkan Aleksin komandadan ayrılmasıyla kapitanlıq sarğısını da qoluna bağlayıb. |
|
Xəbər 1066 dəfə oxundu. |
|
|