Qəhrəman məlum oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Srvena Zvezda” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) görüşünün ən yaxşısı məlum olub. İdman.com.az saytının məlumatına görə, “Lokomotiv”in 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Aneta Havlikova seçilib.

Çex legioner “dəmiryolçular”ın bu turnirdə debüt matçında 28 xal toplayıb. Pyotr Xilkonun komandasından Ju Kosta 21, Tatyana Artmenko 15, Korina Suşke 11, Mixaela Monzoni 10, Olqa Palçevskaya və Diana Nenova hərəyə 1 xal qazanıb. “Srvena Zvezda”nın heyətində Ana Belitsa daha fəal olub. O, “Lokomotiv”dən 20 xal ala bilib.

Xəbər 1058 dəfə oxundu.