“Sumqayıt” klubu Orxan Sadıqlını heyətinə cəlb edib | |
“Sumqayıt” klubu son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlını heyətinə cəlb edib. “Sumqayıt” klubu qapıçı ilə ikiillik müqavilə imzalayıb. O, həmçinin 2018-2019-cu il mövsümündə "Sumqayıt"ın heyətində iki oyun keçirib. Qeyd edək ki, 30 yaşlı qapıçı karyerası ərzində "Xəzər Lənkəran", "İnter" (hazırkı "Şamaxı") və "Zirə" komandalarının da formasını geyinib. |
|
Xəbər 107 dəfə oxundu. |
|
|