Qadınlardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək | |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq. Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı “Yanis Skredelis” stadionunda Latviya yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. |
|
Xəbər 166 dəfə oxundu. |
|
|