Şahmatçımız Şəhriyar Məmmədyarov "Norway Chess" turnirində növbəti oyununu keçirəcək | |
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək. 38 yaşlı qrossmeyster yeddinci turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov ötən turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikinci sıradadır. Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir. |
|
Xəbər 156 dəfə oxundu. |
|
|