Rəqib baş məşqçi “Lokomotiv”i təriflədi | |
“Azərbaycan klubu əla kollektiv formalaşdırıb. Heyətini əsasını təcrübəli voleybolçular təşkil edir”. İdman.com.az saytının məlumatına görə, bunu Serbiyanın “Srvena Zvezda” klubunun baş məşqçisi Ratko Pavliçeviç deyib. O, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Bakının “Lokomotiv” klubuna məğlubiyyətin səbəbini açıqlayıb: “Komandamız gənc voleybolçulardan təşkil olunduğundan oyunboyu seçim qarşısında idik. Qələbə qazanmaq çox çətin idi, hətta 1 xal belə götürmək problem yaradırdı. Biz oyunumuzu yeni tapırıq. Sevinirəm ki, layiqli müqavimət göstərə bildik. Amma bilirik ki, inkişaf etmək üçün imkanlar kifayət qədərdir. Sadəcə, öz gücümüzə, bacarığımıza inanmalıyıq. Qızlar “Lokomotiv” kimi güclü komandalarla oyunlarda daha da inkişaf edəcəklər”. Qeyd edək ki, serblər doğma divarlar arasında 2:1 hesabı ilə öndə olsalar da, yekunda “dəmiryolçular” 3:2 hesabı ilə qalib gəliblər. |
|
Xəbər 945 dəfə oxundu. |
|
|