"Səbail" klubu iki futbolçusu ilə yollarını ayırıb
“Səbail” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

Bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Bakı komandası futbolçusu Ruslan Hacıyev ilə vidalaşıb. Həmçinin argentinalı yarımmüdafiəçi Franko Mazurekin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, daha əvvəl komanda Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.

Xəbər 156 dəfə oxundu.