“Zirə” klubu belçikalı futbolçusu ilə yollarını ayırıb | |
Bakının “Zirə” klubu belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb. Bu barədə 31 yaşlı hücumçu instaqram səhifəsi vasitəsilə paylaşım edib. O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”. Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi. |
|
Xəbər 129 dəfə oxundu. |
|
|