Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəlinə Zöhrə Ağamirova başçılıq edir | |
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyunun 1-nə olan reytinq cədvəlini açıqlayıb. Siyahıya 910 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. 885 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci sıradadır. İdman gimnastı İvan Tixonov isə 405 xalla üçüncü pilləyə yüksəlib. Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. |
|
Xəbər 174 dəfə oxundu. |
|
|