Alessandro Çiappini ehtiyatlı danışdı
“Komandama inanıram. Biz Super Liqada “İqtisadçı”ya uduzduğumuz matçı analiz etdik. Biz bir neçə səhvlərə yol vermişdik. Amma hələ mövsümün əvvəli olduğunu nəzərə almaq lazımdır”.

İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Alessandro Çiappini deyib. İtaliyalı mütəxəssis sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Almaniya “Dresdner”i ilə oyun öncəsi fikirlərini açıqlayıb:

“Bizim geniş heyətimiz var. Bütün voleybolçularımız böyük uğurlar qazanmaq üçün motivasiyalıdır. Ancaq rəqiblərimizə hörmət etməliyik. Əgər onları qiymətləndirməsək, böyük səhvə yol vermiş olarıq. Bilirik ki, almanlarla oyun asan olmayacaq. Çünki onların yaxşı oyunçuları var”.

Qeyd edək ki, “Azərreyl” – “Dresdner” matçı saat 18:00-da başlayacaq.

Xəbər 1017 dəfə oxundu.