Taekvondoçularımızın Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub | |
Azərbaycanın taekvondoçularının Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub. Çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edəcək Əliəskər Əliyev 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşacaq. İdmançı 1/32 finalda Qabon təmsilçisi Teddi Opoya Lessakoladan üstün olub. Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) eyni raundda belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib. Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib. Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar. |
|
Xəbər 134 dəfə oxundu. |
|
|