Xanoğlan Kərimov: Dünya birinciliklərində qazandığım gümüş medalları Bakıda qızıla çevirmək istəyirəm
Doqquz ildir taekvondo ilə məşğul oluram. Gənclər arasında dünya ikincisi olmuşam. İki dəfə klublararası Avropa çempionatında gümüş medal qazanmışam. Bakıda keçirilən dünya çempionatına çox ciddi hazırlaşmışıq.

Bu sözləri Bakıda keçirilən dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçu Xanoğlan Kərimov müsahibəsində deyib.

Dünya çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparacağını qeyd edən X.Kərimov “Baku Crystal Hall”da iyunun 1-də dayanq üzərinə çıxacağını bildirib.

Taekvondoçu qeyd edib ki, böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edəcəyəm. Gənclər arasında dünya birinciliyində qazandığım iki gümüş medalı Bakıda qızıla çevirmək istəyirəm. Üç komanda yoldaşım yarışı medalsız başa vurdu. Onlara görə çox məyus oldum. Çünki bütün komanda yoldaşlarımdan yaxşı nəticə gözləyirdim. Çempionatın növbəti günlərdə komanda yoldaşlarımın medallar qazanacağına ümid edirəm.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər 185 dəfə oxundu.