Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb
Mayın 29-da başlayacaq və iyunun 4-dək qədər davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.

Nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Xəbər 181 dəfə oxundu.