Lionel Messi vida oyununa dəvət olunub | |
“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək. iyunun 25-də oynanılacaq matçın ertəsi günü Rikelmenin 45 yaşı tamam olacaq. Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək. Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya və Leandro Paredes də iştirak edəcəklər. Matça, həmçinin Rikelmenin sabiq komanda yoldaşları da qatılacaqlar. Qeyd edək ki, sabiq yarımmüdafiəçi 2015-ci ildə peşəkar karyerasını başa vurub. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|