PSJ rəhbərliyi Messiyə 100 milyon avroluq müqavilə təklif edəcək
Fransanın PSJ klubu Lionel Messini heyətində saxlamaq üçün həlledici addım atmağı planlaşdırır.

Bu barədə jurnalist Fransua Qallardo məlumat verib.

PSJ rəhbərliyi Messiyə “1+1” sxemi ilə ilinə 100 milyon avroluq müqavilə təklif edəcək.

Paris klubunun Qətərdən olan rəhbərliyi argentinalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatına keçməsini istəmir.

Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Cari mövsüm Fransa təmsilçisinin heyətində 39 oyun keçirən futbolçu 20 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər 148 dəfə oxundu.