“Arsenal” yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib | |
İngiltərənin “Arsenal” klubu hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka ilə müqaviləni yeniləyib. 21 yaşlı futbolçu ilə 2027-ci ilin iyununadək müqavilə imzalanıb. “Arsenal”ın öz yetirməsi olan Saka indiyədək komandanın heyətində 178 oyuna çıxıb, 37 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 26 oyuna 8 qol vurub. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|