Angelina Qrün ən yaxşılardan oldu | |
![]() Belə ki, Azərbaycan çempionunun bu mövsüm transfer etdiyi Angelina Qrün çempionatın topu oyuna ən yaxşı daxil edən voleybolçusu seçilib. Digər nominasiyalara gəlincə, qızıl medalların sahibi "Sollis Nestle"nin 4 voleybolçusu bütün rəqiblərini qabaqlayıb. Yarışın ən dəyərli oyunçusu (MVP) və ən yaxşı hücumçusu adı Şeyla Kastroya, ən yaxşı müdafiəçisi Taysa Menezes, ən yaxşı topqəbuedicisi Jaklin Karvalyo və ən yaxşı liberosu Camila Brayt olub. Ən yaxşı blokçu nominasiyasında Yessika Yones (“Lançeras de Katano”, Puerto-Rika) və ən yaxşı toppaylayıcı adıma Nedife Elif ("Fənərbağça", Türkiyə) layiq görülüb. |
|
Xəbər 1154 dəfə oxundu. |
|
|