“Olimpiakos” və “Real Madrid” Avroliqanın finalında | |
Basketbol üzrə Avroliqanın finalçıları bəlli olub. Turnirin yarımfinal mərhələsində Yunanıstanın “Olimpiakos” komandası “Monako”ya 76:62, İspaniyanın “Real Madrid” klubu “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib. “Olimpiakos” – “Real Madrid” final matçı mayın 21-də Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçiriləcək. “Monako” və “Barselona” komandaları arasında qarşılaşma da həmin gün oynanılacaq. Avroliqanın son qalibi Türkiyənin “Anadolu Efes” klubudur. “Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub. |
|
Xəbər 110 dəfə oxundu. |
|
|