Beynəlxalq Muzeylər Günü münasibətilə şahmat seansı təşkil olunub | |
Beynəlxalq Muzeylər Günü münasibətilə fiziki məhdudiyyəti olan şəxslər üçün şahmat seansı təşkil edilib. Seans beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə “Qlobal sağlamlıq və xoş rifah" şüarı altında keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı, İslam dünyasının ilk qadın şahmatçı qrosmeysteri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev iştirak ediblər. Çıxış edən qonaqlar bildiriblər ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə keçirilən belə tədbirlər bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılmasına dəstək olur. Seansda eyni vaxtda 20 lövhədə müxtəlif yaş qruplarından olan şəxslər beynəlxalq qrossmeyster ilə mübarizə aparıblar. İştirakçılar fəal oyuna görə Milli Azərbaycan Tarixi Muzeyi adından təşəkkürnamə ilə təltif olunublar. |
|
Xəbər 183 dəfə oxundu. |
|
|