Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir | |
Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir. Çempionatın üçüncü günündə gimnastlar fərdi proqramda mübarizə aparırlar. Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edirlər. Çempionatın üçüncü günündə gimnastlar lent və gürzlərlə proqramlarını nümayiş etdirirlər. “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar. Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Yarışa mayın 21-də yekun vurulacaq. |
|
Xəbər 165 dəfə oxundu. |
|
|