ACF-nin baş katibi: Cüdoçumuz Balabəy Ağayevin yol verdiyi ciddi səhvə görə məşqçi günahkar deyil
Dünya çempionatında 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayevin yol verdiyi ciddi səhvə görə məşqçi günahkar deyil. Onun finala yüksəlmək ehtimalı böyük idi. Lakin ciddi səhvlərə görə, nəticə əldə edə bilmədi.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu mayın 18-də jurnalistlərlə görüşündə deyib.

Rəşad Rəsullu bildirib ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə Turan Bayramov ötən il gənclər arasında təşkil olunan mötəbər yarışlarda layiqlı çıxış etmişdi. O, dünya çempionatında uduzsa da, çıxışı qənaətbəxşdir. Təbii ki, biz Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Kollegiyasını tənqid edə bilmərik. Cüdoçumuz görüşdə məğlub olduğu üçün mərhələ adlaya bilmədi.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.

Xəbər 187 dəfə oxundu.