“İnter” klubu 13 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Turnirin ilk finalçısı İtaliyada keçirilən Milan derbisində bəlli olub. Belə ki, “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Milan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “İnter” minimal hesablı qələbə qazanıb – 1:0.

Fransalı FIFA referisi Kleman Türpenin idarə etdiyi matçda yeganə qolu Lautaro Martines vurub. Komandalar arasında ilk oyunda da “İnter” qələbə qazanıb – 2:0. İki oyunun nəticəsinə görə, “İnter” 13 ildən sonra yenidən turnirin finalına vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniyanın “Real Madrid” komandası İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “Mançester Siti” – “Real Madrid” oyunu mayın 17-də keçiriləcək.

Xəbər 173 dəfə oxundu.