Şotlandiya–Fransa matçı azərbaycanlı hakimə həvalə olunub
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya-Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi mayın 17-dən iyunun 2-dək Macarıstanda keçiriləcək.

Xəbər 181 dəfə oxundu.