“Barselona” klubunun tarixində 99-cu titul | |
“Barselona” klubu La Liqanın 2022-2023-cü il mövsümünün qalibi olmaqla tarixində 99-cu titulunu qazanıb. Kataloniya təmsilçisi bu titullardan 77-nə milli səviyyədə yiyələnib. Belə ki, klub 27 dəfə ölkə çempionatının qalibi olub. Klub 31 dəfə ölkə kuboku, 2 dəfə Liqa kuboku, 14 dəfə ölkə Superkuboku və 3 dəfə Evı Duarte kubokuna sahib olub. Kataloniya təmsilçisinin muzeyində, həmçinin 22 beynəlxalq mükafat var. Komanda 5 dəfə Çempionlar Liqasının, 4 dəfə kuboklar kubokunun, 3 dəfə Yarmarok kubokunun, 5 dəfə UEFA Superkubokunun, 2 dəfə Latin kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb. Qeyd edək ki, “Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espanyol”u 4:2 hesabı ilə məğlub edərək xallarının sayını 85-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Çempionatın bitməsinə dörd tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşan “Real Madrid”in hesabında 71 xal var. |
|
Xəbər 131 dəfə oxundu. |
|
|