Millimizin sabiq üzvü cari mövsümün sonunda “Erzgebirge”ni tərk edəcək | |
Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov cari mövsümün sonu Almaniya Üçüncü Bundesliqa təmsilçisi “Erzgebirge”ni tərk edəcək. Bu barədə 33 yaşlı yarımmüdafiəçi özü bildirib. O, Aue təmsilçisi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcəyini vurğulayıb. Qeyd edək ki, D.Nazarov 2016-cı ildən "Erzgebirge"də oynayır. O, indiyədək 2017 matçda 48 qol vurub, 21 qolun ötürməsini edib. |
|
Xəbər 169 dəfə oxundu. |
|
|