Cüdoçularımız Göygöldə keçirilən Avropa kuboku turnirində birinci yeri tutublar | |
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turniri baş çatıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş və 9 bürünc medal əldə ediblər. Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə ikinci yeri tutub. |
|
Xəbər 126 dəfə oxundu. |
|
|