Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq. Tovuz şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bölgə təmsilçisi 32 xalla 6-cı, "ağ-qaralar" 61 xalla 3-cü pillədə qərarlaşıb. Digər oyunda isə "Sumqayıt" və "Səbail" münasibətlərə aydınlıq gətirəcəklər. “Kapital Bank Arena”dakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla 8-ci, "dənizçilər" 22 xalla sonuncu-10-cu sıradadır. |
|
Xəbər 146 dəfə oxundu. |
|
|