Minifutbol üzrə Azərbaycan millisi beynəlxalq turnirdə dördüncü olub
Minifutbol üzrə Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə dördüncü olub.

Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penalti seriyasında bəlli olub. Zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan millisi qələbə qazanıb - 4:3.

Finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaq. Matç saat 20:30-da start götürəcək.

Qeyd edək ki, millimiz qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə qolsuz heç-heçə edib, İtaliya və Gürcüstan yığmalarını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Pley-off mərhələsinə yüksələn yığmamız Fransaya 3:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Serbiya yığmasına məğlub olan (2:3) komandamız üçüncü yer uğrunda görüşdə Qazaxıstana uduzub.

Xəbər 173 dəfə oxundu.