Premyer Liqa: “Zirə” klubu “Şamaxı”nı üç cavabsız qolla məğlub edib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyunu keçirilib. Günün yeganə matçında “Şamaxı” komandası “Zirə”ni qəbul edib. Görüş “Zirə” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Vladislav Kulaç, Hamidu Keyta və Rüstəm Əhmədzadə fərqləniblər. Xallarının sayını 45-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pillədəki mövqeyini möhkəmlədib. “Şamaxı” 23 xalla doqquzuncu pillədə qərarlaşıb. Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Turun "Turan Tovuz" - "Neftçi", "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" qarşılaşması isə mayın 8-də baş tutacaq. |
|
Xəbər 155 dəfə oxundu. |
|
|