Azərbaycanlı atlet Vyana Şəhər Marafonundakı şəxsi göstəricisini yaxşılaşdırıb | |
Vyanada Şəhər Marafonu təşkil edilib. 40-cı dəfə keçirilən marafonda iştirak edən 35 mindən artıq atlet arasında azərbaycanlı həvəskar idmançı Rəşad Quliyev də olub. İxtisasca stomatoloq olan 41 yaşlı idmançı yarış barədə təəssüratlarını bölüşərkən bildirib ki, hələ tələbəlik illərindən qaçışa həvəs göstərib və fərdi qaydada bu idmanla məşğul olub. İlk marafona bir il öncə Vyana şəhərində qoşulan R.Quliyev 4 saat 14 dəqiqəyə finiş xəttinə çatıb. Bu göstəricisini yaxşılaşdırmağı qarşısına məqsəd qoyan idmançı əzmlə məşqləri davam etdirib və ötən dövrdə İstanbul Marafonunda da iştirak edib. Aprelin 23-də Vyanada keçirilən marafonda azərbaycanlı atlet şəxsi göstəricisini tam 16 dəqiqə yaxşılaşdırmağa nail olub və finişə 3 saat 58 dəqiqəyə çatıb. Hər il aprel ayında baş tutan Vyana Şəhər Marafonu ilk dəfə 1984-cü ildə “Vyana Yaz Marafonu” adı altında təşkil edilib. |
|
Xəbər 157 dəfə oxundu. |
|
|