“Ferrari” pilotu Şarl Lekler: Liderliyi əldə saxlamaq çətin olacaq | |
Unutmamalıyıq ki, bolidimiz hələ də rəqabətdə “Red Bull”a uduzur. Bu səbəbdən də liderliyi əldə saxlamaq çətin olacaq. Bunu Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunu ilk pillədə bitirən “Ferrari” pilotu Şarl Lekler deyib. O, öz çıxışından razı qaldığını söyləyib: “Yarış həftəsindən əvvəl fikirləşirdik ki, “Aston Martin” və “Mercedes”i qabaqlamalıyıq. Amma nəticədə sıralama turunu birinci pillədə bitirdik. Bu, bizim üçün xoş sürpriz oldu. Dövrəni yaxşı başa vurdum. Bu həftə sonunda bütün sürücülərin qarşısında çətin hədəf qoyulub. Çünki bir sərbəst yürüşümüz var. Bizi sabah – aprelin 29-da daha ciddi sınaq gözləyir. Yaxşı nəticə əldə etmək üçün çalışmalıyıq”. |
|
Xəbər 162 dəfə oxundu. |
|
|