"Rabitə" bu gün klublararası dünya çempionatının qrup mərhələsində son matçına çıxacaq | |
Azərbaycan çempionu "Rabitə" bu gün klublararası dünya çempionatının qrup mərhələsində son matçına çıxacaq. Marçello Abbondanzanın yetirmələri Çinin "Bohay Bank" klubu ilə qarşılaşacaq. Bu oyun hər 2 kollektiv üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki istənilən hesabla məğlub olacaq komanda mundialla vidalaşacaq. Həm "Rabitə", həm də "Bohay Bank" Braziliya "Sollis Nestle"sinə uduzduğundan görüşün 5 set davam edəcəyini də proqnozlaşdırmaq olar. Lakin mütəxəssislər son dünya çempionlarının yarışın debütantı üzərində qələbə qazanacağını qənaətindədirlər. Belə ki, "Rabitə"nin yarımfinala yüksələ bilməməsi dünya çempionatının sensasiyası kimi qəbul olunacaq. "Sollis Nestle" ilə qarşılaşmadan sonra toplantı keçirən Bakı təmsilçi "Bohay Bank"a qalib gələcəyi halda, B qrupunun qalib ilə qarşılaşacaq. Bu isə “Fənərbaxça” (Türkiyə) - “Kenya Prisons” (Keniya) qarşılaşmasından sonra rəsmiləşəcək. Düzdür, türkiyəlilər ilk pilləni yalnız 0:3 hesablı məğlubiyyət sayəsində əldən verə bilərlər ki, bu da inandırıcı deyil. |
|
Xəbər 937 dəfə oxundu. |
|
|