Bu gün Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək | |
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək. Yarımfinalın növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edəcək. Komandalar arasında keçirilmiş ilk matçda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb. Baş məşqçi Elmar Baxşıyevin komandasına finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Səbail” isə mütləq qələbə qazanmalıdır. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq. Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|