Avropa Badminton Konfederasiyasının idarə heyətinin üzvləri “Yanar Dağ” Təbiət Qoruğunda olublar
Avropa Badminton Konfederasiyasının idarə heyəti üzvləri “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər.

Qonaqlar ölkəmizin zəngin təbii sərvətləri haqqında ətraflı məlumat alıb, buranın qədim tarixi ilə yaxından tanış olublar.

Tarixi-mədəni irsimiz, incəsənətimi əks etdirən mədəniyyət proqramını maraqla izləyiblər.

Xəbər 167 dəfə oxundu.