“Leyptsiq”in futbolçusu karyerasını “Bavariya”da davam etdirəcək
“Leyptsiq” klubunun futbolçusu Konrad Laymer karyerasını “Bavariya”da davam etdirəcək.

Bu barədə “Sky Sport” məlumat yayıb.

İyirmi beş yaşlı yarımmüdafiəçi artıq Münxen klubunda 2 dəfə tibbi müayinədən keçib. Tərəflər 2027-ci ilə qədər müqavilə imzalamaq üçün anlaşıblar.

Laymer yayda "Leyptsiq"dən ayrılacaq və "Bavariya"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, avstriyalı futbolçu Bundesliqanın cari mövsümündə 15 oyunda 1 qol vurub.

Xəbər 138 dəfə oxundu.