“Sabah”ın futbolçusu son 12 mövsümün rekordunu yeniləyib | |
“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümündəki qol sayını 17-yə çatdırıb. O, XXX turun “Qarabağ”la görüşündə (2:1) vurduğu iki topla buna nail olub. 30 yaşlı almaniyalı yarımmüdafiəçi son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdir. O, 2015-2016-cı il mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoyub. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb. Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010-2011-ci il mövsümündə 18 dəfə fərqlənib. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|