“AGF Trophy”: Gənc gimnastlar arasında iki alət üzrə qaliblər müəyyənləşib
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində gənclər arasında iki alət üzrə fərdi proqramda qaliblər müəyyənləşib.

Milli Gimnastika Arenasında təşkil olunan turnirdə halqa ilə final yarışlarında Kipr idmançısı Vera Tuqolukova birinci olub. Onun çıxışı hakimlər tərəfindən 31,500 xalla qiymətləndirilib.

Polşalı gimnast Liliana Levinska 31,100 xalla turniri ikinci, İsrail idmançısı Lian Rona 30,700 xalla üçüncü pillədə başa vurublar.

Topla final mərhələsində özbəkistanlı gimnast Natalya Usova 32,400 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Tuqolukova 31,150 xalla gümüş, L.Rona isə 30,600 xalla bürünc medallara sahib olublar.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. “AGF Trophy” böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.

Xəbər 167 dəfə oxundu.