Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri davam edir
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri davam edir.

Milli Gimnastika Arenasında təşkil olunan turnirin ikinci günündə gənc və böyük gimnastlar fərdi proqramda gürzlər və lent, gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 top, böyüklər isə 3 lent və 2 topla güclərini sınayacaqlar.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 161 dəfə oxundu.