“Mançester Yunayted” klubu antirekorda imza atıb
“Mançester Yunayted” klubu antirekorda imza atıb.

İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində “Sevilya” ilə keçirilən ilk oyunda iki avtoqolla bunu reallaşdırıb.

Mançester təmsilçisi cəmi 8 dəqiqə 4 saniyə ərzində iki avtoqola üzülüb ki, bu da Avropa Liqası tarixində görünməmiş hadisədir.

Avrokuboklarda isə belə hal bunadək sonuncu dəfə 2010-cu ildə yaşanıb. ÇFR-in futbolçuları Çempionlar Liqasında “Bavariya” ilə görüşdə 5 dəqiqə 36 saniyə ərzində iki dəfə topu öz qapılarından keçiriblər.

Xəbər 184 dəfə oxundu.