Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub | |
Aprelin 16-da Voleybol Mərkəzində kişi voleybolçular arasında ölkə birinciliyinin I Liqasında final qarşılaşması keçiriləcək. Finalda “Express” və “Təhsil” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq. Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək. Qeyd edək ki, kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut" həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb. Qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb. I Liqa (kişilər) 16 aprel Final 12:30 “Express” - “Təhsil” Yarışın bağlanış mərasimi Oyunların nəticələri I Liqa (kişilər) Bürünc medal uğrunda “Hərbi İnstitut” - “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18) I Liqa (qadınlar) Bürünc medal uğrunda "Ryuqa" - "Murov-2" 3:2 (25:22, 23:25, 25:23, 10:25, 15:9) Final "Xarı bülbül" - "Azərreyl-2" 3:1 (25:22, 25:19, 15:25, 26:24) |
|
Xəbər 132 dəfə oxundu. |
|
|