“Olimpiakos” klubu futbolçusu Xames Rodriqezlə yollarını ayırıb | |
Yunanıstanın “Olimpiakos” klubu futbolçusu Xames Rodriqezlə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Otuz bir yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Futbolçu 2022-ci ilin yayından Yunanıstan təmsilçisinin formasını geyinirdi. O, “Olimpiakos”da çıxdığı 24 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Kolumbiyalı futbolçu karyerası ərzində "Enviqado", "Benfild", "Portu", "Real", "Monako", "Bavariya", "Everton", "Əl-Rəyyan" kimi komandalarda forma geyinib. Qeyd edək ki, “Olimpiakos” komandası Yunanıstan çempionatında 26 oyundan sonra 58 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. |
|
Xəbər 124 dəfə oxundu. |
|
|