Emin Mahmudov “Neftçi”nin təklifini yenə də qəbul etməyib | |
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov “Neftçi”nin növbəti təklifini də qəbul etməyib. Paytaxt klubu kapitanına illik 350 min dollarlıq müqavilə təklif etsə də, millimizin üzvünün cavabı müsbət olmayıb. Emin Mahmudovun Bakı təmsilçisi ilə sözləşməsi iyunda başa çatacaq. Ailəsi Azərbaycandan ayrılmaq, Rusiyaya qayıtmaq istəyir. Valideynləri də Eminin 7 ildən sonra geri dönməsini arzulayır. Qeyd edək ki, futbolçu 2017-ci ildən “Neftçi”nin şərəfini qoruyur. |
|
Xəbər 199 dəfə oxundu. |
|
|