"Mançester Yunayted" klubu "Sevilya"nı, "Yuventus" isə "Sportinq"i qəbul edəcək
Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək.

Mərhələnin açılış matçında Niderlandda “Feyennord” və İtaliyanın “Roma” komandası üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Günün digər oyunları aşağıdakılardır:

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 23:00.

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 23:00.

"Bayer" (Almaniya) - "Union" (Belçika) - 23:00.

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.

Xəbər 174 dəfə oxundu.