Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Türkiyə futbol üzrə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.

Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib. Bu barədə qurmun rəsmi saytı məlumat yayıb.

Daha əvvəl “Avro-2028” üçün Böyük Britaniya, İrlandiya, Şotlandiya, Uels, “Avro-2032” üçün isə İtaliya namizədliyini irəli sürmüşdü. Bu qitə çempionatlarının ev sahibləri oktyabr ayında açıqlanacaqlar.

Qeyd edək ki, növbəti Avropa çempionatı – gələn il Almaniyada keçiriləcək.

Xəbər 156 dəfə oxundu.