Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 13:00-da Slovakiyada keçirəcək oyunda meydan sahibi komanda ilə qarşılaşacaq. Oyunu Serbiyadan olan baş hakim Marina Jivkoviç idarə edəcək. Ona Andrea Miloşeviç (Serbiya) və Despoina Demosthenous (Kipr) köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını kiprli İoanna Allayiotou yerinə yetirəcək.

Xəbər 156 dəfə oxundu.