Vyetnamda Formula 1 yürüşləri keçiriləcəkmi? | |
Formula 1 rəhbərliyi Vyetnamda mərhələnin təşkil olunması fikrindən daşınmayıb. 2020-ci ilin aprelinə nəzərdə tutulan Qran-Pri hələ də keçirilməyib. Hanoydakı yarışəhər trasındakı Qran-Pri təşkilatçılarının planlarına əvvəlcə koronavirus mane oldu. 2020-ci ilin sonunda isə Hanoyun sabiq meri, layihəyə rəhbərlik edən Nquyen Dak Çunq korrupsiyada və xidməti vəzifəsindən sui-istifadədə ittiham edilərək həbs olundu. Nəticədə elə görünürdü ki, Vyetnam Qran-Prisi təqvimdə heç vaxt yer almayacaq. Martın sonunda Formula 1 rəhbərliyi Hanoyda olub və orada yeni yerli hakimiyyət orqanları ilə müqavilənin 2024-cü ildən yenilənməsi barədə danışıqlar aparıb. Yürüş elə üç il bundan əvvəl planlaşdırıldığı yerdə - Namtılyem rayonundakı trasın qismən küçələri boyunca və stasionar hissəsində keçiriləcək. |
|
Xəbər 189 dəfə oxundu. |
|
|