“Neftçi” klubu İzmirdə Belçika təmsilçisi “Brügge” ilə qarşılaşacaq | |
Türkiyədə 12 yaşadək futbolçular arasında keçirilən “İzmir Cup” turnirində qrup mərhələsi başa çatıb. 72 komandanın qatıldığı yarışda 1/16 final mərhələsinin iştirakçıları müəyyənləşib. Azərbaycanı qardaş ölkədə “Qarabağ” və “Neftçi”nin yeniyetmələri təmsil edirlər. “Qarabağ”dan fərqli olaraq, “Neftçi” qrup səddini aşmağı bacarıb. Bakı təmsilçisi qrupu ilk dördlükdə bitirməklə mübarizəni davam etdirmək hüququna yiyələnib. Bakı klubu 1/16 finalda Belçika təmsilçisi “Brügge” ilə qarşılaşacaq. Qeyd edək ki, “Neftçi” qrup mərhələsində “Beşiktaş”ı (Türkiyə) 1:0, “Vesterloo”nu (Belçika) 1:0, "Urla Bələdiyyəsi"ni (Türkiyə) 3:0 məğlub edib, “Zenit”ə (Rusiya) 0:6 və “Mets”ə (Fransa) 0:1 uduzub. |
|
Xəbər 222 dəfə oxundu. |
|
|