“Neftçi” klubu “Beşiktaş”, “Yuventus”, “Şalke” və “Zenit” ilə qarşılaşacaq
Bakının “Neftçi” futbol klubunun U-12 komandası bu gün “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayır.

Baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tbilisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq.

Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Daha əvvəl “Qarabağ”ın U-12 komandası da bu turnirdə iştirak üçün İzmirə getmişdi.

Turnirdə 20 ölkədən 72 komanda birincilik uğrunda mübarizə aparacaq.

Yarışa aprelin 9-da yekun vurulacaq

Xəbər 223 dəfə oxundu.